Pressa.az » Dünya » ABBA Trampın tədbirlərində mahnılarından istifadəni dayandırmağa çağırır

ABBA Trampın tədbirlərində mahnılarından istifadəni dayandırmağa çağırır

29 avqust 2024, Cümə axşamı, 17:38
ABBA Trampın tədbirlərində mahnılarından istifadəni dayandırmağa çağırır

İsveçin ABBA qrupu ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasında əfsanəvi qrupun mahnılarından istifadə olunmasına etiraz edib.

Liderxeber.az bu barədə svd.se-yə istinadən xəbər verir.

"Biz qrupun üzvləri ilə birlikdə Trampın tədbirlərində səsləndirilən ABBA musiqisinin yayımlandığını öyrəndik və bunun dərhal dayandırılmasını və silinməsini tələb etdik. Şirkətə heç bir sorğu daxil olmayıb və musiqidən istifadə etməklə bağlı Trampa heç bir icazə və ya lisenziya verilməyib", - deyə qrupun meneceri Yorqen Elyofsson bildirib.

Qeyd edək ki, isveçli mühacirlərin çoxsaylı sələflərinin yaşadığı Minnesota ştatının Sent-Klaud şəhərində Trampın seçki kampaniyasında keçirilən mitinqdə 8000 tərəfdarı qarşısında "The Winner Takes It All" hiti səsləndirilib. Daha sonra "Money, Money, Money" və "Dancing Queen" mahnılarının sədaları altında on dəqiqəlik slayd nümayiş etdirilib.