Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyə razılıq verib
Donald Tramp noyabrda keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə razı olduğunu açıqlayıb.
Liderxeber.az yerli KİV-ə istinadən xəbər verir ki, o bu barədə Miluoki şəhərində keçirilən Respublikaçıların qurultayında deyib.
"Mən Amerikanın yarısı üçün deyil, bütün Amerika üçün prezidentliyə namizədliyimi irəli sürürəm. Çünki Amerikanın yarısını qazanmaqda heç bir qalibiyyət yoxdur. Ona görə də bu gün inanc və sədaqətlə sizin Birləşmiş Ştatların prezidentliyinə namizədliyim barədə təklifi qürurla qəbul edirəm", - deyə Tramp Viskonsin ştatının Miluoki şəhərində Respublikaçıların qurultayında deyib.