Ali Rada onların istefasını təsdiqlədi
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, Ukrayna Ali Radası Kulebanın istefasını təsdiqləyib. 240 deputat Kulebanın vəzifədən getməsinin lehinə səs verib. Jeleznyak əlavə edib ki, Kuleba Ali Radanın iclasına qatılmayıb. Xatırladaq ki, D.Kuleba sentyabrın 4-də istefa verməsi barədə ərizə yazıb və Radaya təqdim edib.
Ali Rada ölkənin baş nazirinin müavini, reinteqrasiya məsələləri üzrə nazir İrina Vereşukun istefasını qəbul edib.
255 deputat bu qərarın lehinə səs verib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO