“Haniyənin qətli cavabsız qalmayacaq” - Pezeşkian
“İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq”.
Liderxeber.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.
Onun sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.
“İran sübut etdi ki, bu rejimin (red. – İsrail) cinayətlərinə cavab verə bilər, lakin biz sabitliyi pozan amil olmaq və regionda təhlükəsizliyi pozmaq istəmirik”, - Pezeşkian deyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
31 iyul 2024, Çərşənbə
HƏMAS İsmayıl Həniyyənin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb - YENİLƏNİB