Pressa.az » Dünya » İran və Rusiya prezidentləri görüşəcək

İran və Rusiya prezidentləri görüşəcək

24 sentyabr 2024, Çərşənbə axşamı, 13:24
İran və Rusiya prezidentləri görüşəcək

İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Rusiyada Prezident Vladimir Putinlə görüşəcək.

Liderxeber.az “Tasnim”a istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün noyabrda Tatarıstanın Kazan şəhərinə səfər edəcək. O, tədbir çərçivəsində Rusiya Prezidenti ilə də ikitərəfli görüş keçirəcək.