İran prezidenti İsrailin hücumlarına cavab verəcəyini açıqlayıb
İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail hakimiyyətinin törətdiyi cinayətlər cavabsız qalmayacaq.
Bu barədə Liderxeber.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir.
“İsrailin cinayətləri cavabsız qalmayacaq. Həsən Nəsrullahı öldürməklə İsrail heç bir beynəlxalq normalara riayət etmədiyini bir daha nümayiş etdirdi. Belə cinayətkarlara imkanların verilməsi onları daha çox cinayət törətməyə sövq edir”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropa ölkələrinin Tehranda HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin qətlinə İranın cavab vermədiyi təqdirdə atəşkəs razılaşmasının əldə olunacağına dair vədlərinin yalan olduğu üzə çıxıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM