İsrail HƏMAS-ın Qəzzadakı xəstəxanada komandanlıq mərkəzlərinə zərbələr endirib
İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhəri yaxınlığındakı Şühəda əl-Əksa xəstəxanasının ərazisində Fələstinin HƏMAS hərəkatının komanda mərkəzlərinə hücum edib.
Liderxeber.az-ın məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Deyr əl-Bələh bölgəsindəki Şuhada əl-Əksa xəstəxanasının ərazisində yerləşən komanda-nəzarət mərkəzlərində fəaliyyət göstərən HƏMAS terrorçularına qarşı dəqiq zərbələr endirib. Bu komanda-nəzarət mərkəzləri İsrail Müdafiə Qüvvələrinə və İsrail dövlətinə qarşı terror hücumları planlaşdırın və həyata keçirib”, - açıqlamada deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.