Pressa.az » Dünya » İsrail ordusu HƏMAS-ın Rəfahdakı obyektinə hava zərbəsi endirdiyini açıqlayıb

İsrail ordusu HƏMAS-ın Rəfahdakı obyektinə hava zərbəsi endirdiyini açıqlayıb

27 may 2024, Bazar ertəsi, 08:30
İsrail ordusu HƏMAS-ın Rəfahdakı obyektinə hava zərbəsi endirdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələrinin (İMQ) təyyarəsi Qəzza zolağının cənubundakı Rəfah şəhərində yüksəkrütbəli yaraqlıların yerləşdiyi HƏMAS-ın obyektinə zərbələr endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Bir müddət əvvəl İMQ-nin təyyarəsi HƏMAS-ın Rəfahda yüksəkrütbəli terrorçularının fəaliyyət göstərdiyi obyektə zərbə endirib. İMQ zərbə və atəş nəticəsində ərazidə bir neçə mülki şəxsin yaralanması haqqında bilgilərdən xəbərdardır”, – mətbuat xidməti vurğulayıb və əlavə edib ki, insident araşdırılır. Hərbi qurum “zərbənin qanuni hədəflərə qarşı” və “beynəlxalq hüquqa uyğun şəkildə”, habelə “dəqiq idarə olunan sursatlardan istifadə edilərək və HƏMAS-ın ərazidən istifadə etdiyini göstərən dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq” həyata keçirildiyini bildirib. Qeyd edək ki, Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir. Xatırladaq ki, mayın əvvəlində İsrail ordusu Rəfahın şərqində antiterror əməliyyatına başladığını elan edib. Mayın 24-də Beynəlxalq Ədalət Məhkəməsi İsraildən Rəfahdakı hərbi əməliyyatını dərhal dayandırmağı, soyqırım iddialarını araşdırmaq üçün mütəxəssislərin Qəzza zolağına çıxışını təmin etməyi və zolağın Misirlə sərhədində humanitar yardımların çatdırılması üçün keçid məntəqəsinin açılmasını tələb edib.