Rusiya XİN: "İqlim gündəliyi son onilliklər ərzində siyasiləşdirilir"
"İqlim gündəliyi son onilliklər ərzində siyasiləşdirilir".
Liderxeber.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında deyib.
O qeyd edib ki, iqlim mövzusu güclü manipulyasiya alətinə çevrilib.
"Biz görürük ki, son illərdə və hətta onilliklərdə iqlim gündəliyi sadəcə olaraq siyasiləşdirilir. İqlim çox vaxt açıq-aşkar yalanlarla manipulyasiya meydanına çevrilir. Mövqeləri bəzən bir-birinə tamamilə zidd olan ölkələrin iqlim arenasında çıxış etməsi təəccüb doğurur. Onlar gah sənədləri imzalamağa çağırır, gah onlardan imtina edir, gah da yenidən qayıdaraq hamını öz arxalarınca çağırırlar", - M.Zaxarova vurğulayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
12 yanvar 2024, Cümə
Rusiya XİN Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb
12 oktyabr 2023, Cümə axşamı
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib