Aİ Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası Rusiya əleyhinə yeni sanksiyaları təsdiq edib.
Liderxeber.az xəbər verir ki, bu barədə Aİ-nin qanunverici orqanının rəsmi saytında yayımlanan bəyanatda bildirilir.
"Aİ Şurası Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə cavab olaraq yeni məhdudlaşdırıcı tədbirlər çərçivəsi yaradıb. Bu yeni çərçivə Aİ-yə Rusiya hökumətinin hərəkətləri və siyasətlərində iştirak edən şəxsləri və təşkilatları mühakimə etməyə imkan verəcək",-deyə bəyanatda qeyd olunur.
Həmçinin vurğulanır ki, yeni məhdudlaşdırıcı tədbirlər Aİ-nin və onun üzv dövlətlərinin əsas dəyərlərini, onların təhlükəsizliyini, müstəqilliyini və bütövlüyünü, eləcə də beynəlxalq təşkilatların və üçüncü ölkələrin dəyərlərini sarsıdan fiziki və hüquqi şəxslərə qarşı yönəlib.