KİV: “Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var
Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.
“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
09 oktyabr 2024, Çərşənbə
Səfir: Fələstin Dövlətinin qanunsuz işğalına son qoymadan uzunmüddətli sülhə nail olmaq mümkün deyil
24 sentyabr 2024, Çərşənbə axşamı
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır