"Hizbullah"ın SAXAL-ın bazasına dron hücumu zamanı 4 hərbçi ölüb
Oktyabrın 13-də "Hizbullah"ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.
Liderxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daha yeddi hərbçinin vəziyyəti isə ağırdır.
Bildirilir ki, İsrail bazasına dron hücumu hərbçilərin nahar etdiyi vaxt baş verib.