Pentaqon: Husilər ABŞ-nin iki raket esminesini atəşə tutub
Yəmənin “Ansar Allah” hərəkatının üsyançı husiləri Bab əl-Məndəb boğazından keçərkən iki raket esminesinə hücum ediblər.
Liderxeber.az-ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə deyib.
"Noyabrın 11-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Bab əl-Məndəb boğazından keçərkən husilərin bir neçə hücumunu uğurla dəf edib. Raket esminesləri “USS Spruance” və “USS Stockdale” səkkiz PUA, beş gəmi əleyhinə ballistik raket və üç gəmi əleyhinə raketlə hücuma məruz qalıb. Gəmilər zədələnməyib, ekipaj xəsarət almayıb”, - o deyib.