Husilər Qırmızı dənizdə ABŞ-nin esminesinə hücum etdiyini açıqlayıb
Yəmənin “Ənsar Allah” hərəkatının üsyançıları (husilər) ABŞ-nin esminesinə və iki ticarət gəmisinə – “Captain Paris” və “Happy Condor”a hücum ediblər.
Liderxeber.az xəbər verir ki, bunu radikal təşkilatın hərbi nümayəndəsi Yəhya Səriya husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, esmines Qırmızı dənizdə ballistik raketlərlə hücuma məruz qalıb. Səriya iddia edir ki, husilər Qırmızı dənizdə “Captain Paris” neft tankerinə gəmi əleyhinə raketlərlə də hücum ediblər və maye qazı daşıyan “Happy Condor” tankeri Ərəbistan dənizində dronların zərbələri ilə vurulub.
O, ticarət gəmilərinə hücumun “işğal olunmuş Fələstinin limanlarına keçid qadağasının pozulması” ilə bağlı olduğunu vurğulayıb. “Hər üç əməliyyat öz məqsədlərinə uğurla çatdı”, – üsyançıların sözçüsü əlavə edib.