Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir.
Liderxeber.az xəbər verir ki, bunu qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bildirib.
O vurğulayıb ki, Suriyada ÜST qrupları tibbi xidmətlərin davamlılığını təmin etmək üçün işləyirlər.
"Biz tibbi xidmətlərə ehtiyacı olan Suriya əhalisinə dəstək olmağa sadiqik. Donorları təcili şəkildə ÜST və onun tərəfdaşlarına dəstək olmağa çağırırıq", - Qebreyesus qeyd edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 may 2024, Bazar ertəsi
ÜST Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək