Pressa.az » Ölkə » Qebreyesus Azərbaycana təşəkkür edib

Qebreyesus Azərbaycana təşəkkür edib

24 oktyabr 2023, Çərşənbə axşamı, 16:30
Qebreyesus Azərbaycana təşəkkür edib

Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən LiderXəbər-ə verilən xəbərə görə, görüş zamanı Teymur Musayev bildirib ki, Qarabağda yaşayan əhalinin müayinə və müalicəsi artıq dövlətimiz tərəfindən qarşılanır.

Həmçinin, nazir BMT-nin nümayəndələrinin Azərbaycanın Qarabağ regionuna səfəri çərçivəsində mövcud vəziyyətin müsbət qarşıladığını qeyd edib: “Həmin bölgədə yaşayan əhali dərhal qida və dərman preparatları ilə təmin edilib. Xankəndində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və zərər çəkmiş şəxslərə təcili tibbi yardımın göstərilməsi təşkil edilib”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycanın Qarabağ regionu haqqında ətraflı məlumata və bu bölgədə yaşayan insanların sağlamlığının qorunması sahəsində görülən işlərə görə təşəkkürünü çatdırıb.

Tedros Adhanom Qebreyesus xüsusən, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyini, pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları yüksək qiymətləndirib. O, ÜST-nin Azərbaycan səhiyyəsində aparılan islahatları müsbət qarsalandığını və dəstəklədiyini vurğulayıb.