Pressa.az » Dünya » "Cybertruck"ı partladan amerikalının VİDA MƏKTUBUNDA gözlənilməz etiraf

"Cybertruck"ı partladan amerikalının VİDA MƏKTUBUNDA gözlənilməz etiraf

04 yanvar 2025, Şənbə, 15:35
"Cybertruck"ı partladan amerikalının VİDA MƏKTUBUNDA gözlənilməz etiraf

ABŞ-nin Nevada ştatında "Trump International" hotelinin girişində "Tesla Cybertruck" elektrik pikapını partladan hərbçi Metyu Livelsberger posttravmatik stres pozuntusundan (PTSP) əziyyət çəkib. Bundan başqa onun ailə münasibətlərində və şəxsi zəmində inciklikləri olub.

Liderxeber.azn verdiyi məlumata görə, bu barədə "Reuters" ABŞ Federal Təhqiqat Bürosundakı mənbəyə istinadla bildirib.

FTB nümayəndəsi bunu Livelsbergerin smartfonunda tapılan qeydlərə əsasən bəyan edib.

"Subyektin seçilmiş prezident Donald Trampa qarşı düşmənçiliyi olmayıb. Qurum baş verənləri terror aktı və ya siyasi motivli cinayət kimi deyil, "faciəvi intihar hadisəsi" kimi qiymətləndirir", - deyə mənbə vurğulayıb.

O, əlavə edib ki, Livelsberger vida məktublarında "itirdiyi qardaşlarından" və "aldığı canlardan" bəhs edib. Qeydlərdə həmçinin Rusiya-Ukrayna münaqişəsinə də toxunulub.

O da qeyd edilir ki, hərbçi əvvəllər Əfqanıstanda xidmət edib ki, bu da güman ki, onda PTSP-nin inkişafına səbəb olub.

Yeri gəlmişkən, Livelsbergerin mediaya sızan elektron məktubunda ABŞ-nin gizli silahından bəhs edilib, həmçinin xüsusən Nyu-Cersi ştatında görünən və sakinləri təşvişə salan sirli dronların mənşəyi barədə məlumat verilib.

Xatırladaq ki, Livelsberger yanvarın 1-də, Las-Veqasda Trampın hotelinin yaxınlığında "Tesla Cybertruck" pikapını partladıb. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb, hücumçunun özü isə həlak olub. Hücum Nyu-Orleanda terror aktı ilə eyni vaxta təsadüf edib. Lakin hakimiyyət orqanları bu iki hadisə arasında əlaqə görməyib.