Pressa.az » Dünya » Əsəd rejimi çökəndən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

Əsəd rejimi çökəndən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

09 yanvar 2025, Cümə axşamı, 16:06
Əsəd rejimi çökəndən sonra Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

Bəşşar Əsəd rejiminin devrilməsindən bu yana Türkiyədən 52 min 622 suriyalı öz ölkəsinə qayıdıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyədə 2 milyon 880 min suriyalı var.

"Onların ləyaqətli və təhlükəsiz qayıdışı davam edir. Geri qayıdanlardan 41 mini ailə, qalanları isə tək gedən şəxslərdir”, - o əlavə edib.

Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.