Kaliforniyada yanğınlardan dəyən iqtisadi zərər yüz milyard dolları aşır
Kaliforniyanın cənubunda baş verən meşə yanğınları nəticəsində dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.
Lidexeber.az xəbər verir ki, bu barədə "AccuWeather" konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib.
"AccuWeather" Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - deyə Veydell özünün "X" profilində yazıb.
Əvvəllər şirkət zərərin 52-57 milyard dollar olduğunu açıqlamışdı.
"AccuWeather" nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırırlar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb