Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib

Qətər İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndələrinə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və radikallar tərəfindən saxlanılan israilli girovların azad edilməsinə dair sazişin yekun layihəsini təhvil verib.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters" nəşri mənbəyə istinadən məlumat verib.
Agentliyin mənbəsinin məlumatına görə, yanvarın 12-də axşam Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdür-Rəhman ət-Tani İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea və ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Yaxın Şərqdə xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparıb.
Mənbə bildirib ki, gecəyarısından sonra Dohada keçirilən məsləhətləşmələr zamanı irəliləyiş əldə edilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM