Qəzza razılaşmasının təfərrüatları məlum olub
İsrail və Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzzada atəşkəs razılaşması əldə etməyə yaxındırlar və bu, ilkin olaraq anklavda radikallar tərəfindən saxlanılan 33 girovun azad edilməsini nəzərdə tutur.
Liderxeber.az xəbər verir ki, bu açıqlama ilə “Haaretz” qəzeti çıxış edib.
Vurğulanıb ki, ilk mərhələdə radikallar qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcəklər. Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sövdələşmənin ikinci mərhələsi ilə bağlı müzakirələr başlayacaq və bu mərhələ çərçivəsində oğurlanan İsrail vətəndaşlarının digər hissəsi azad ediləcək.
Razılaşmanın birinci mərhələsi çərçivəsində İsrailin neçə fələstinli məhbusu azad edəcəyi barədə hələlik məlumat yoxdur. Bu barədə ətraflı məlumat yayan “Kan” radiosu isə bildirib ki, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır. “The Jerusalem Post”un məlumatına görə, sövdələşmənin birinci mərhələsi 42 gün davam edəcək və azad edilən fələstinli məhbusların sayı neçə israilli girovun sağ olmasından asılı olaraq dəyişəcək.
“Ynet” portalı mənbəyə istinadən xəbər verir ki, İsrail Qəzza razılaşması çərçivəsində 2024-cü ilin oktyabrında Fələstin anklavında öldürülən “HƏMAS” lideri Yəhya Sinvarın cəsədini geri qaytarmayacaq.
Yanvarın 11-də İsrailin baş naziri Benyamin Netanyahu danışıqlarçılara Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün Dohaya getməyi tapşırıb. Yanvarın 12-də ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalının efirində bildirib ki, tərəflər Yaxın Şərqdə atəşkəs razılaşmasına çox yaxındırlar. Eyni zamanda o, bunun Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl baş verə biləcəyini etiraf edib
Oxşar Xəbərlər:
25 dek 2024, 09:12
15 dek 2023, 11:20