Kaliforniya hadisəsi ABŞ tarixində ən baha başa gələn meşə yanğını oldu: Dəymiş ziyan hesablandı
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınlarının vurduğu iqtisadi ziyan 250 milyard dolları ötüb.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə "AccuWeather" konsaltinq şirkəti məlumat verib.
"Bu sürətlə yayılan, küləklə sovrulan cəhənnəm alovu ABŞ tarixində ən baha başa gələn meşə yanğınlarına səbəb oldu", - deyə "AccuWeather"in baş meteoroloqu Conatan Porter qeyd edib.
Şirkətin qiymətləndirməsinə görə, fəlakətin vurduğu ziyan 250-275 milyard dollar təşkil edib ki, bu da 2024-cü ildə "Helen" qasırğasının və 2020-ci ildə bütün meşə yanğınları mövsümünün vurduğu zərərdən çoxdur.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
14 yanvar 2025, Çərşənbə axşamı
Los-Ancelesdə davam edən yanğında Azərbaycan vətəndaşları xəsarət almayıb - RƏSMİ
29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ