Tramp İranla razılığa gəlmək istəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə cəlb olunmaqdansa, razılaşma əldə etməyə üstünlük verdiyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bunu Amerika lideri "Fox News" telekanalına müsahibəsində deyib.
"Hamı düşünür ki, İsrail bizim köməyimiz və ya razılığımızla İranı bombalayacaq. Mən bunun olmamasını istərdim. İranla razılıq əldə etməyə üstünlük verirəm. Çünki bu, bizə İranın nüvə obyektlərində yoxlamalar aparmağa, müşahidə etməyə imkan yaradacaq", - Tramp bildirib.
O vurğulayıb ki, İrana nüvə silahı əldə etməyə imkan vermək olmaz.
Tramp həmçinin qeyd edib ki, Tehran narahatlıq içərisindədir, çünki onun müdafiə potensialı demək olar ki, itirilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət