“Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
“TikTok”da “Roşka” kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb.
Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-külli miqdarda törədildikdə) maddəsi ilə verilmiş ittiham sübuta yetirilib.
Hökmə əsasən, “Roşka” 3 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, tiktoker 2025-ci ilin yanvarın 31-dən həbsdədir. Bu hökmlə onun 16 ay çəkilməmiş cəza müddəti qalıb.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
17 yan 2025, 09:00
07 okt 2025, 17:34
29 sen 2026, 14:10
