Pressa.az » İdman » Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub

26 mart 2025, Çərşənbə, 09:12
Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub

Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

Liderxeber.az " xəbər verir ki,  Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) yığmamızın qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.

23:23

Azərbaycan - Belarus matçında ikinci qol vurulub.

Liderxeber.az xəbər verir ki, Nikita Demçenko 78-ci dəqiqədə Belarus millisinin ikinci qolunu vurub - 2:0.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

23:06

Azərbaycan - Belarus matçında hesab açılıb.

Liderxeber.az xəbər verir ki, Pavel Zabelin 59-cu dəqiqədə Belarus millisini önə çıxarıb - 1:0.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

22:59

Azərbaycan - Belarus matçında ikinci hissəyə start verilib.

Liderxeber.az xəbər verir ki, fasilədən sonra hesab 0:0-dır.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

22:32

Azərbaycan - Belarus matçında ilk hissə başa çatıb.

Liderxeber.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

 Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.

21:45

Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda Belarusla qarşılaşır.

Liderxeber.az xəbər verir ki, görüş Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.