Pressa.az » İdman » UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb

01 avqust 2024, Cümə axşamı, 08:32
UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sabah" - "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Bank Respublika Arena”dakı görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olacaq.

“Bank Respublika Arena”dakı görüşdə meydan sahibləri qol vurub 3:5.

102-ci dəqiqədə Coy-Lans Mikels fərqlənib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən bu nəticə "Sabah"ı növbəti mərhələyə çıxarmaq üçün kifayət edir.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

"Sabah": Yusif İmanov, Amin Seydiyev, Sofyan Çakla, Con İrasabal, Boyan Letiç, İvan Lepiniça, Ayaz Quliyev, Kahim Parris, Cessi Sekidika, Mikkels, Pavol Safranko.

"Makkabi": Keuof, Pier Kornyo, Lorenso Şimiç, Aleksandr Sirota, Daniel Sundqren, Mahmud Caber, Ali Mohamed, Dolev Haziza, Qadi Kinda, Pierro Françdi, Dia Saba.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əsas və əlavə vaxtı başa çatıb. "Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib. Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olacaq.