Yüksək liqanın əsas lideri: "Abşeron" VK

Bu gün "Abşeron" VK-nın, "Murov-Az Terminal" komandası ilə növbəti oyunu keçirilir.
Liderxeber.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16.00 da, GİN-in Volyebol Mərkəzində baş tutacaq oyun, Azərbaycan Voleybol Federasiyasının YOTUBE səhifəsi üzərindən canlı yayınlanacaq.
Qeyd edək ki, Abşeron" ölkə üzrə qadınlar arasında yüksək liqa oyunlarının turnir cədvəlinə bu günə qədər 49 xalla liderlik edir.
Milli Aviasiya Komandası 40 xalla ikinci, AZERRAİL 32 xalla üçüncü yerdədir. Turnir cədvəlində Gəncə dördüncü, Murov Az Terminal beşinci, UNEC altıncı yerdə qərarlaşıb.