Tayson kimi tarixin ən qorxulu döyüşçüsü saydığını açıqladı
"Sonni Liston tarixin ən qorxulu döyüşçüsüdür".
Liderxeber.az xəbər verir ki, bunu əfsanəvi amerikalı boksçu Mayk Tayson NBA-nin keçmiş oyunçusu Şakil O"Nil ilə söhbət zamanı deyib.
"Liston indiyə qədər yaşamış ən qorxulu döyüşçüdür. Liston hansısa şəhərə gedəndə polis ona "qulaq as, bura gələ bilməzsən" deyərdi.
Dörd polis onu dəyənəklə döyərkən onların çənələrini sındırar, silahlarını əllərindən alardı. Liston kimi döyüşçü yoxdur, o divdir", - deyə Tayson vurğulayıb.
Qeyd edək ki, Liston ağır çəki dərəcəsində keçmiş dünya çempionudur.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
