DÇ-2026: Fransa - Azərbaycan oyununun hakim təyinatları açıqlandı
Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Liderxeber.az xəbər verir ki, "Park de Prens" stadionunda keçirələcək matçı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rohit Saqqi olacaq. Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcəklər.
Qeyd edək ki, "Park de Prens" stadionunda keçirələcək Fransa-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
21 yanvar 2025, Çərşənbə axşamı
UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli olub
