Pressa.az » İdman » "Qarabağ"ın oyunu üçün vauçerlər satışa çıxarılıb

"Qarabağ"ın oyunu üçün vauçerlər satışa çıxarılıb

10 oktyabr 2025, Cümə, 17:04
"Qarabağ"ın oyunu üçün vauçerlər satışa çıxarılıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" matçını "San Mames" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Liderxeber.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, biletlərin qiyməti 110 manatdır. Azarkeşlər üçün "San Mames" stadionunda yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayrılıb.

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-də Bakı vaxtı ilə saat 20:45-də, yerli vaxtla isə 18:45-də start götürəcək.