Pressa.az » İdman » Premyer Liqa: "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı məğlub edib

Premyer Liqa: "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı məğlub edib

24 oktyabr 2025, Cümə, 17:00
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı məğlub edib

Misli Premyer Liqasında IX tura "Karvan-Yevlax" - "Turan Tovuz" oyunu ilə start verilib.

Liderxeber.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı Yevlax kollektivi açıb. 69-cu dəqiqədə Şakil Sno fərqlənib. Alexandro Serrano 2 dəqiqə sonra hesaba tarazlıq gətiribsə, 77-ci dəqiqədə Roberto Olabe "Turan Tovuz"un qələbə qoluna imza atıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi komanda 18 xalla turnir cədvəlinə başçılıq edir. "Karvan-Yelvax" isə 5 xalla on birincidir.

Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Liderxeber.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında "Turan Tovuz" "Karvan-Yevlax"ın qonağı olacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.

Tovuz klubu 15 xalla ikinci, Yevlax təmsilçisi 5 xalla 11-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Kəpəz" klubu "İmişli" ilə üz-üzə gələcək. Bu matç saat 17:00-da başlayacaq. Gəncə klubu 3 xalla sonuncu - 12-ci, "İmişli" isə 9 xalla 8-ci sıradadır.

Misli Premyer Liqası

I dövrə, IX tur

24 oktyabr

14:30. "Karvan-Yevlax"- "Turan Tovuz"

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu.

17:00. "Kəpəz" - "İmişli"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.