“Qarabağ” – “Çelsi” U-19 komandalarının matçına hakim təyinatı açıqlandı
UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu üçün hakim təyinatları açıqlanıb.
Liderxeber.az xəbər verir ki, oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.
Oxşar Xəbərlər:
13 fev 2024, 16:30
21 yan 2025, 13:47
27 apr 2023, 14:14
08 okt 2025, 13:00
