Pressa.az » İdman » Misli Premyer Liqası: "Zəfər turu"na iki oyunla start verilir

Misli Premyer Liqası: "Zəfər turu"na iki oyunla start verilir

07 noyabr 2025, Cümə, 09:04
Misli Premyer Liqası: "Zəfər turu"na iki oyunla start verilir

Misli Premyer Liqasında XI tura - "Zəfər turu"na bu gün start veriləcək.

Liderxeber.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Açılış qarşılaşmasında "Şamaxı" "İmişli"ni qəbul edəcək. Qarşılaşma saat 13:44-də start götürəcək.

"Şamaxı" klubu 10 xalla doqquzuncu, İmişli təmsilçisi isə 12 xalla səkkizinci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Qəbələ" klubu "Sumqayıt" komandası ilə üz-üzə gələcək. Bu matç saat 16:44-də başlayacaq.

"Qəbələ" klubu 5 xalla sonuncu - 10-cu, "Sumqayıt" komandası isə 17 xalla beşinci sıradadır.

Misli Premyer Liqası

XI tur

7 noyabr

13:44. "Şamaxı" - "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu.

16:44. "Qəbələ" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.