Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verib
Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/16 finalında qələbə qazanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
63.5 kiloqram çəkidə Maqsud Xasmetov ruandalı rəqibi Pasifik Niyonzimanı nokautla məğlub edib. O, 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) qarşılaşacaq.
71 kiloqram çəkidə Sərxan Əliyev isə keniyalı Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə rinqə çıxacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
19 dekabr 2024, Cümə axşamı
Azərbaycan çempionatı: kişi boksçuların mübarizəsində yarımfinalçılar, qadınlarda finalçılar müəyyənləşib

