Pressa.az » İdman » Misli Premyer Liqası: "Neftçi" üç xalı iki qolla qazandı

Misli Premyer Liqası: "Neftçi" üç xalı iki qolla qazandı

20 dekabr 2025, Şənbə, 16:43
Misli Premyer Liqası: "Neftçi" üç xalı iki qolla qazandı

Misli Premyer Liqasının XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.

Liderxeber.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyun paytaxt təmsilçisinin qələbəsi (1:2) ilə başa çatıb.

Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb. "Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu matçdan sonra "Neftçi" 20 xalla turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komanda arasında sonuncudur.

Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.

Liderxeber.az xəbər verir ki, günün açılış qarşılaşmasında "Karvan-Yevlax" "Neftçi"ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Günün ikinci oyununda isə "Zirə" klubu öz meydanında "İmişli" komandası ilə üz-üzə gələcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.

Misli Premyer Liqası

XVI tur

20 dekabr

14:00. "Karvan-Yevlax" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu

16:30. "Zirə" - "İmişli"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Zirə İdman Kompleksinin stadionu