Bıçaqlanan "Kəpəz" azarkeşi əməliyyat olunub
Misli Premyer Liqasının 20-ci turunda "Səbail"lə oyundan sonra bıçaqlanan Rahib adlı "Kəpəz" azarkeşi əməliyyat olunub.
LiderXəbər Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşin həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" azarkeşi isə artıq saxlanılıb.
Xəstəxanada azarkeşi “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş tək buraxmayıb.