Pressa.az » İdman » “Sabah”ın oyununa 45 min bilet satılıb

“Sabah”ın oyununa 45 min bilet satılıb

05 oktyabr 2026, Bazar ertəsi, 15:47
“Sabah”ın oyununa 45 min bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də “Slaviya”nı qəbul edəcək.