Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Liderxeber.az xəbər verir ki, 73 kq çəki dərəcəsində tatamiyə çıxan H.Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə qarşılaşıb.
Rəqibini məğlub edən Azərbaycan cüdoçusu adını 1/16 finala yazdırıb.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.
Liderxeber.az xəbər verir ki, Azərbaycan millisinin üç üzvü bu gün mübarizəyə qoşulacaq.
Qadınların -57 kq çəki dərəcəsində Xədicə Qədəşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.
Kişilərin -73 kq çəkisində Hidayət Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə üz-üzə gələcək.
Eyni çəkidə Rəşid Məmmədəliyev mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) görüşünün qalibi olacaq.
Qeyd edək ki, mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.
