Hidayət Heydərov DÇ-də uduzdu - Yenilənir
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Liderxeber.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq.
Qadınlar -57 kq
1/32 final Xədicə Qədəşova – Janar Joldosyeva.
Kişilər -73 kq
1/32 final Hidayət Heydərov – Akil Qyakova;
1/16 final Rəşid Məmmədəliyev – Adil Osmanov / Castin Lemir cütünün qalibi ilə.
Təsnifat mərhələsi – 10:30.
Final bloku – 18:00.
Canlı yayım: CBC Sport, Judo TV.
***
73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. O, 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.
***
1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələn Hidayət bu görüşdə də qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Onun 1/8 finalda rəqibi Covannni Espositodur (İtaliya).
***
73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozito ilə üz-üzə gəlib.
Rəqibinə cərimə xalları hesabına məğlub olan H.Heydərov çıxışını başa vurub.
***
Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada) qalib gəlib. R.Məmmədov 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qarşılaşacaq.
