Pressa.az » İdman » “Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

“Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

09 oktyabr 2026, Cümə, 09:11
“Kəpəz” “Araz-Naxçıvan”a, “Neftçi” “Sabah”a qarşı

Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.

Liderxeber.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Kəpəz” “Araz-Naxçıvan”ın qonağı olacaq. Qarşılaşma saat 16:00-da Şamaxı şəhər stadionunda başlayacaq.

Günün ikinci görüşündə isə “Neftçi” son ölkə çempionu “Sabah”ı qəbul edəcək. Görüşün start fiti “Palms Sports Arena”da, saat 19:30-da səslənəcək.

Xatırladaq ki, tura oktyabrın 11-i yekun vurulacaq.

Misli Premyer Liqası

I dövrə, VII tur

9 oktyabr

16:00. “Araz-Naxçıvan”– “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.

Şamaxı şəhər stadionu

19:30. “Neftçi” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.

“Palms Sports Arena”