Xanım boksçumuz Avropa çempionatının finalında
Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.
Oxşar Xəbərlər:
14 iyl 2025, 14:34
19 apr 2023, 01:06
24 okt 2025, 10:20
07 okt 2026, 15:30
