Pressa.az » İdman » Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin supermatçları

Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin supermatçları

24 noyabr 2026, Çərşənbə axşamı, 09:15
Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin supermatçları

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turuna start verilir.

Liderxeber.az xəbər verir ki, noyabrın 24-də turun ilk oyun günündə doqquz qarşılaşma keçiriləcək.

Günün erkən oyunlarında "Qalatasaray" İngiltərənin "Aston Villa" komandasını, "Budyo Qlimt" isə Avstriyanın LASK kollektivini qəbul edəcək. Gecə saatlarında isə "Arsenal" - "Borussiya Dortmund", "Mançester Siti" - "Napoli" və "Real Madrid" - PSV kimi maraqlı oyunlar baş tutacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

24 noyabr

Saat 21:45. "Budyo Qlimt" - LASK;

Saat 21:45. "Qalatasaray" - "Aston Villa";

25 noyabr

Saat 00:00. "Arsenal" - "Borussiya Dortmund";

Saat 00:00. "Komo" - AEK;

Saat 00:00. "Feyenoord" - "Portu";

Saat 00:00. "Mançester Siti" - "Napoli";

Saat 00:00. "Leypziq" - "Lans";

Saat 00:00. "Real Madrid" - PSV;

Saat 00:00. "Slovan Bratislava" - "Betis".