Türkiyə millisinin iki üzvünün cəsədi dağıntılar altından çıxarıldı
Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində ölkənin voleybol yığmasının iki üzvü də həlak olub.
LiderXəbər xəbər verir ki, millinin oyunçuları Mehmet Can Ağırbaş və Emincan Kocabaş həyatını itirib.
“Malatya Büyükşehir Belediyespor”da çıxış edən idmançıların cansız bədənləri qaldıqları otelin dağıntılarının altından çıxarılıb.
Qeyd edək ki, Türkiyənin bir neçə şəhərində baş vermiş zəlzələ nəticəsində ümumilikdə 6000-dən çox insan düyasını dəyişib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər