Türkiyədəki zəlzələdə dağıntılar altında qalan futbolçu həlak olub
Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.
LiderXəbər-in Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural açıqlama verib.
O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş verən zəlzələ nəticəsində 5 434 nəfər ölüb, 26 721 nəfər yaralanıb.