Azərbaycan boksçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.
Federasiyadan LiderXəbər-ə verilən məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Temirats Jusspovla qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatsa da, Sarıyev 3-cü yeri tutub.
Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir fevralın 11-də başa çatacaq.
Oxşar Xəbərlər:
30 yanvar 2023, Bazar ertəsi
Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər