Pressa.az » Ölkə » Neftçalada vətəndaşların problemləri həll edilir

Neftçalada vətəndaşların problemləri həll edilir

26 yanvar 2023, Cümə axşamı, 21:13
Neftçalada vətəndaşların problemləri həll edilir

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Neftçala şəhərinin M.Ə.Sabir küçəsinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mirzə Ələkbər Sabir küçəsi haqqında görüş iştirakçılarına, qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Ümumilli Lider Heydər Əliyev ideyalarından güc alan milli mədəniyyətimiz, bu gün özünün intibah dövrünü yaşayır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən, xalqımızın əsrlər boyu mədəni dövlət abidələrinin qorunması haqqında görüş iştirakçılarını məlumatlandırıblar həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən azad etməsi, azad olunan ərazilərdə məhv olan mədəni, tarixi abidələrimizin yenidən quruımasından, işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işləri haqqında danışıblar.

Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov  Aprel Zəfərindən, 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ümumilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra mədəniyyətimizə olan xüsusi diqqət və qayğısından, bu diqqət və qayğının Prezident cənab İlham Əliyev və Birinci vitse- prezident, Heydər Əliyev fonudunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən, mədəniyyət ocaqlarının və abidələrin  təmir olunmasından danışıb. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda vətəndaşlar Qaravəlli massivinə mavi yanacağın verilməsi,  daxili yolların düzəldilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.