İstanbul klubları zəlzələdən əziyyət çəkənlərə kömək üçün birləşir
UEFA Avropa Liqasının 1/16 final mərhələsində İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq “Trabzonspor” maraqlı paylaşım edib.
LiderXəbər xəbər verir ki, trabzonlular isveçrəlilərlə oyuna bütün klubların azarkeşlərini dəvət edib.
“Bordo mavi”lilər həmin qarşılaşmadan gələn bütün gəlirləri zəlzələdən əziyyət çəkənlərə bağışlayacaqlarını açıqlayıb.
“Trabzonspor”un bu təklifinə “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”da dəstək olub. Hər 3 İstanbul nəhəngi azarkeşlərini “Bazel”lə matçda “bordo mavi”li olmağa çağırıb.
Fevralın 16-da baş tutacaq matç “TV 8” vasitəsilə canlı yayımlanacaq.
Kanalın sahibi Acın Ilıcalı bu matçın yayımdan əldə olunan gəlirləri də zəlzələ qurbanları üçün ianə edəcəyini bildirib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
31 yanvar 2023, Çərşənbə axşamı
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, saxlanılanlar var