"Real"ın fəxri prezidenti vəfat etdi
"Real"ın əfsanəvi futbolçusu və klubun fəxri prezidenti Amansio Amaro 83 yaşında vəfat edib.
LiderXəbər xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
O, 1962-1976-cı illərdə "Real"da oynayıb, klubla 9 İspaniya çempionluğu, 3 Kral kuboku qazanıb və 1966-cı ildə UEFA Çempionlar Liqasının qalibi olub. A.Amaro 14 mövsümdə Madrid təmsilçisində 471 oyuna çıxıb və 155 qol vurub.
2022-ci ildən o, klubun fəxri prezidenti idi.
Qeyd edək ki, A.Amaro 1964-cü ildə Avropa çempionu olduğu İspaniya millisinin heyətində 42 oyun keçirib və 11 qol vurub.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər