Azərbaycan idmançısı “Bratislava Reqatası”nda bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında keçirilən kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası”nda Azərbaycan idmançısı bürünc medal qazanıb.
Bu barədə Liderxeber.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib. İdmançılarımızdan Paşa Əsgərov 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb. Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Lain o, yekun nəticədə ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb. Qeyd edək ki, ümumilikdə komandamız reqatada 6 nəfərlik heyətlə təmsil olunub.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
10 aprel 2023, Bazar ertəsi
Prezident İlham Əliyev Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq imzalayıb
27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb