Pressa.az » İqtisadiyyat » "PAŞA Bank"ın törəmə banklarındakı payları azalıb

"PAŞA Bank"ın törəmə banklarındakı payları azalıb

20 oktyabr 2023, Cümə, 11:47
"PAŞA Bank"ın törəmə banklarındakı payları azalıb

"PAŞA Bank" ASC-nin 2 törəmə bankının nizamnamə kapitalında payarı azalıb. Bank paylarının bir hissəsini ana şirkət olan "PAŞA Holding"ə ötürüb.

LiderXəbər-in məlumatına görə, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bu gün keçirilən mətbuat konframsında bidirib.

Onun sözlərinə görə, "PAŞA Bank" ASC-nin "PAŞA Bank Türkiyə"nin nizamanmə kapitalındakı payı 51%-dən 28%-ə, "PAŞA Bank Gürcüstan"dakı payı isə 100%-dən 92%-ə düşüb.

Qeyd edək ki, 01 Yanvar 2023-cü il tarixinə olan məlumata görə, "PAŞA Bank" ASC-nin səhmdarları "PASHA Holding" MMC (≈ 56,8195%), "BLESS" MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%).